Azərbaycan elminin 58,1 faizi qadınlardan ibarətdir

Azərbaycan elminin 58,1 faizi qadınlardan ibarətdir

Hazırda oxunan: Azərbaycan elminin 58,1 faizi qadınlardan ibarətdir

14087

Azərbaycan cəmiyyətində qadın baş tacı, müqəddəs bir varlıq, dəyərdir.

Elə bu səbəbdən də, Azərbaycanda Şərqdə ilk dəfə olaraq qadına seçib, seçmək hüququnu verdi.

1918-ci ildə ADR-in qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə bərabərhüquqluluq prinsipinin rəhbər tutaraq, qadına səsvermə imkanı tanıdı.
 

MÖVZU İLƏ BAĞLI:

8 Mart Beynəlxalq Qadınlar Günüdür


Azərbaycanda qadınının tarix boyu keçdiyi yol kifayət qədər rəngarəngdir: massagetlərin hökmdarı Tomris, qəhrəman qadın hökmdar Nüşabə, Şirvana hücum edən Krım xanının qoşunlarını məğlub edən Heyran Nisə Bəyim, Şərqin ilk diplomat qadını Sara xatun, Şuşada ilk ədəbi məclis yaratmış Xurşudbanu Natəvan.

Qarabağ müharibəsində şəhid olan qadınlarımızın rolu isə müasir Azərbaycan tarixinə qızıl hərflərlə qəhramanlıq dastanı yazıb. Gültəkin Əsgərova, Salatın Əsgərova, Qaratel Hacımahmudova, Arəstə Baxışova və digər qəhrəman qadınlar yaddaşlarda əbədi yaşayacaq.

Bu gündə Azərbaycan qadınları cəmiyyətdə mühüm rollarını məharətlə yerinə yetirir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi, həkimlərin isə 2/3 qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,9 faizi qızlardır.

Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir.

Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 10-u qadındır.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29 faiz, sahibkarlar arasında isə 21,3 faizdir.

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, hazırkı dövrdə bu göstərici 18,3 faizdir.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2020-ci ildə 7,5 faizədək artıb.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edib, ötən ildə doğulmuş 126,6 min körpədən 46,7 faizi qız uşaqlarının payına düşüb.

Əziz qadınlar, gününüz mübarək! Hər zaman sevin və sevilin!

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO