FAKTİKİ HAVA: Azərbaycanın bəzi ərazilərində şimşək çaxdı, leysan yağdı

FAKTİKİ HAVA: Azərbaycanın bəzi ərazilərində şimşək çaxdı, leysan yağdı

Hazırda oxunan: FAKTİKİ HAVA: Azərbaycanın bəzi ərazilərində şimşək çaxdı, leysan yağdı

140868

Azərbaycanın bəzi ərazilərində şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Zaqatalada 26 mm, Ordubadda 20 mm, Balakəndə 18 mm, Daşkəsəndə 12 mm, Gədəbəydə 8 mm, Göygöldə 7 mm, Culfada 6 mm, Şəmkir, Şahbuz, Naxçıvan, Gəncə, Sədərək, Tərtər, Ceyrançöl, Tovuz, Şəki, Şərur, Naftalanda 5 mm-dək olub.
Yağan leysan yağış nəticəsində Göygöl ərazisindən keçən Gəncəçay-Zurnabad çayından sel keçib.

Külək: İyunun 10-da şərq küləyi arabir Şabranda 20 m/s-dək, Naxçıvan, Xaltanda 16 m/s-dək güclənib.

Daşkəsən, Şəmkir, Balakən, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu iyunun 10-da iqlim normasından 1.4 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31° dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, dağlıq rayonlarda 17-26 dərəcə isti, aran rayonlarında 33° dərəcəyədək isti olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO