Laçında 3 tona yaxın çətənə bitkisi yandırıldı - FOTO

Laçında 3 tona yaxın çətənə bitkisi yandırıldı - FOTO

Hazırda oxunan: Laçında 3 tona yaxın çətənə bitkisi yandırıldı - FOTO

140854

Laçında 3 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya bildiriblər ki, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Malıbəy kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib.

Həmin ərazidə yabanı halda bitən, çəkisi 2 ton 850 kiloqram olan 5100 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO