Xəbərdarlıq: Bəzi dağ çaylarından sel keçəcək

Xəbərdarlıq: Bəzi dağ çaylarından sel keçəcək

Hazırda oxunan: Xəbərdarlıq: Bəzi dağ çaylarından sel keçəcək

140789

İyunun 10-u gündüz qərb rayonlarından başlayaraq iyunun 12-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarının bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Məlumata görə, Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO