Canavarların iri yaşayış məntəqələrində peyda olmasına SƏBƏB NƏDİR? – AÇIQLAMA  

Canavarların iri yaşayış məntəqələrində peyda olmasına SƏBƏB NƏDİR? – AÇIQLAMA  

Hazırda oxunan: Canavarların iri yaşayış məntəqələrində peyda olmasına SƏBƏB NƏDİR? – AÇIQLAMA  

140566

Xəbər verdiyimiz kimi, ötən gün Bərdə rayonunun Çələbilər kəndinə canavar sürüsü basqın edib. Basqın nəticəsində kənd ərazisində məskunlaşan Ağdam rayon sakini Vüqar Əhmədova məxsus təsərrüfata ciddi ziyan dəyib. Vüqar Əhmədov bildirib ki, canavarların hücumu nəticəsində 24 qoyun tələf olub, 20 qoyun yaralanıb və daha 15 qoyunu isə yırtıcılar aparıblar. 15 qoyunun aparılması isə onu göstərir ki, canavarlar böyük sürü şəklində olub.

Məsələ ilə bağlı AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərovla əlaqə saxladıq. 

Alim Bizim.Media-ya açıqlamasında bildirib ki, canavarlar yırtıcı məməlilərdən biridir:
 

MÖVZU İLƏ BAĞLI:

"15-20 baş qoyunum qalıb onlar da..." Təsərrüfat sahibi canavar hücumundan DANIŞDI - FOTO


“Onlar çöllüklərdə, otlaq ərazilərdə, qoyun yataqlarının olduğu ərazilərdə yaşayırlar. Adətən canavarlar yem üçün ərazidəki qoyun sürülərinə hücum edirlər. Hətta qoyun sürüləri başqa ərazilərə köç edərkən canavarlar da miqrasiya edir. Ətrafında otlaq və qoyun ferması çox olan ərazilərdə canavarların görünməsi təəccüblü deyil”. 

Təvəkkül İskəndərov onu da qeyd edib ki, canavarların iri yaşayış massivlərinə gəlməsi sadəcə yem tapmamaları ilə bağlıdır:

“Bərdənin iri yaşayış massivində canavarların görünməsi bir qədər təəccüblü olsa da, qorxulu deyil. Yem tapmayan canavarlar ac olduqları üçün kəndə basqın ediblər. Baxmayaraq ki, canavarlar o qədər də qorxulu heyvan deyil. Onlara reaksiya verilməsə, incidilməsələr, insanlara toxunmurlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO