Qaxda “Qan ver, yaşat” aksiyası KEÇİRİLİB - FOTO 

Qaxda “Qan ver, yaşat” aksiyası KEÇİRİLİB - FOTO 

Hazırda oxunan: Qaxda “Qan ver, yaşat” aksiyası KEÇİRİLİB - FOTO 

140523

“Qan ver, yaşat” şüarı ilə Qax rayonunda humanitar aksiya təşkil olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təşkil edilən qanvermə aksiyasında 200 nəfər iştirak edib. 

Elmi-Tədqiqat Hemetologiya və Transfiziologiya İnstitunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən Qaxda növbəti qanvermə aksiyası keçirilib. 
Rayon Mərkəzi Xəstəxanasında təşkil  edilən aksiyada yerli idarə, müəssisə  və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri fəal iştirak  edib. 

Hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb. Müayinə nəticəsində səhhəti imkan verən şəxslərdən qan  götürülüb. 

Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək. Toplanan qan nümunələri isə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO