Bu il əmtəə ixracı və idxalı artıb

Bu il əmtəə ixracı və idxalı artıb

Hazırda oxunan: Bu il əmtəə ixracı və idxalı artıb

140510

Bu ilin birinci rübündə əmtəə ixracı 4.4 faiz artaraq 8.5 milyard dollar təşkil edib. 

Bizim.Media Mərkəzi Banka istinadla xəbər verir ki, dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 2.3 faiz artaraq 7.6 milyard dollar olub.  

İxrac olunmuş neft-qaz məhsullarının (7.6 milyard dollar) 4.2 milyard dolları xam neftin, 3.2 milyard dolları təbii qazın, 0.2 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2023-cü ilin birinci rübü üzrə qeyri neft-qaz ixracı 27.1 faiz artaraq 900 milyon dollar olub. 
2023-cü ilin I rübü üzrə əmtəə idxalı 40.6 faiz artaraq 3.8 milyard dollar təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1.5 milyard dollar olub, bunun da 0.5 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 24.2 faiz artaraq 2.9 milyard dollar olub.

Qeyri-neft-qaz idxalının strukturunda minik avtomobillərinin (86.8 faiz), tütün məhsullarının (77 faiz), mebel məhsullarının (67.3 faiz), dənli bitkilərin (61.6 faiz ), ağac məmulatlarının (48.4faiz ), sabun və yuyucu vasitələrinin (44.3faiz ), ətir və kosmetik vasitələrinin (43.faiz%), alkoqollu və alkoqolsuz içkilərinin (37.3 faiz), daş və şüşə məmulatlarının (29.9 faiz), şəkərin (23.7 faiz), metalların (17.6 faiz) və əczaçılıq məhsullarının (17.6 faiz) idxalı artıb .
Bu dövrdə gəmilər, qayıqlar və üzən konstruksiyaların (96faiz ), bitki yağlarının (44.3faiz), elektrik maşınların və aparaturanın (12.2 faiz ), qazanlar, avadanlıq və mexaniki qurğuların (11.9 faiz), tərəvəz məhsullarının (1.9 faiz) və kərə yağının (1.6 faiz) idxalı isə azalıb. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4.3 faiz təşkil edərək 129.4 milyon dollar olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO