Rusiya səfirliyinin 50-dən çox əməkdaşı 1 ay ərzində Rumıniyanı tərk etməlidir - SƏBƏB 

Rusiya səfirliyinin 50-dən çox əməkdaşı 1 ay ərzində Rumıniyanı tərk etməlidir - SƏBƏB 

Hazırda oxunan: Rusiya səfirliyinin 50-dən çox əməkdaşı 1 ay ərzində Rumıniyanı tərk etməlidir - SƏBƏB 

140470

Rumıniya hakimiyyəti 30 gün ərzində Rusiya səfirliyinin əməkdaşlarının 50 nəfərdən çoxunun ixtisar edilməsini tələb edib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. 

Məlumata görə, Rusiya səfirliyi 21 diplomat və 30 texniki və inzibati heyət olmaqla ümumilikdə 51 əməkdaşını ixtisar etməlidir. Belə ki, Rumıniya XİN-in tələbinə əsasən səfirlikdə 11 diplomat və 29 əməkdaş qalmalıdır. 

Xarici İşlər Nazirliyi qeyd edib ki, bu qərar ikitərəfli münasibətlərin hazırkı səviyyəsini əks etdirir. 

Qeyd edilib ki, Rusiya XİN Rumıniyanın bu addımına müvafiq cavab verəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO