Türkiyənin məşhur yazıçısı Sinan Yağmur kitablarını Azərbaycan oxucularına təqdim etdi – FOTO

Türkiyənin məşhur yazıçısı Sinan Yağmur kitablarını Azərbaycan oxucularına təqdim etdi – FOTO

Hazırda oxunan: Türkiyənin məşhur yazıçısı Sinan Yağmur kitablarını Azərbaycan oxucularına təqdim etdi – FOTO

140462

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 4-cü günündə Türkiyənin məşhur yazıçısı Sinan Yağmurun imza saatı keçirilib. 

Bizim.Media-nın masasında yazıçının "Bilali Habeşi", "Mus'ab B. Umeyr" adlı iki yeni kitabı sərgilənib. 

Yazıçının kitabları oxucular tərəfindən maraqla qarşılanıb.  

Daha sonra Sinan Yağmur kitabları imzalayıb. O bildirib ki, bu festivalların təşkili türk xalqlarının ədəbiyyat incilərinin sərgilənməsi, türk dünyası üçün böyük əhəmiyyət daşıyır.  

Xatırladaq ki, Sinan Yağmur həm də, ilahiyyatçıdır. Məhz bu səbəbdən yazdığı əsərlərin əksəriyyəti dini didaktik üslubdadır. 

Qeyd edək ki, festivalın 4-cü günü Türk (Türkiyə) ədəbiyyatına həsr olunub. İyunun 5-də start götürən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 11-dək davam edəcək. 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO