Türkiyənin müdafiə naziri Hulusi Akar “Mavi vətən 21” hərbi dəniz təlimlərini izləyib.
Bizim.Media “Haber Global” istinadən xəbər verir ki, mərasimindən sonra nazir jurnalistlərin suallarını cavablandırıb.
MÖVZU İLƏ BAĞLI:
Hulusi Akar Azərbaycan şəhidinin ailəsinə məktub göndərdi - FOTOLAR
O bir sıra aktual məsələlər barədə açıqlamalar verib. Açıqlamasında Akar Azərbaycan barədə də danışıb.
“Bir millət, iki dövlət olduğumuz Azərbaycanla tək ürək olmağa və bütün imkanlarımızla yanında dayanmağa davam edəcəyik”, - deyə o, qeyd edib.
Bizim.Media