Çinli səfir Şəkidə nələri müzakirə ETDİ? - FOTO

Çinli səfir Şəkidə nələri müzakirə ETDİ? - FOTO

Hazırda oxunan: Çinli səfir Şəkidə nələri müzakirə ETDİ? - FOTO

140367

Çinin ölkəmizdəki səfiri xanım Qo Min Şəkidə səfərdə olub. Azərbaycanla Çin arasında yüksələn xətlə artan əlaqələr bölgələrə də sirayət edir. Səfirin Şəkiyə gəlişi də elə gələcək iqtisadi-mədəni əlaqələrin başlanğıcıdır. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfər çərçivəsində səfir əvvəlcə şəhər icra hakimiyyətində görüş keçirib. 

Görüş zamanı səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Səfir xanım Qo Min qonaqpərvərliyə görə minnətdarlq edib, Şəkidə olmağından çox məmnun olduğunu bildirib.

Görüşdə Çin Respublikasının Sıçuan əyalətinin Lianşan-İy Muxtar Dairəsi ilə Şəkinin qardaşlaşmasına dair Memorandumun imzalanması ilə bağlı müzakirə aparılıb, səfir xanım Qo Min Şəkidə keçiriləcək “İpək Yolu“ XII Beynəlxalq Musiqi Festivalında iştirak edəcək Çin ansamblı və nümayəndə heyəti haqqında məlumat verib.
Şəkiyə səfəri çərçivəsində xanım Qo Min Kiş kəndində Alban məbədi və "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ilə tanış olub. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanışlıq çinli diplomatda böyük maraq doğurub. Səfir həmçinin, "Azəripək” MMC-də və Şəki şərab zavodunda istehsal prosesi ilə tanış olub. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO