“Yuventus” “Latsio” üzərində qələbə qazandı - VİDEO

“Yuventus” “Latsio” üzərində qələbə qazandı - VİDEO

Hazırda oxunan: “Yuventus” “Latsio” üzərində qələbə qazandı - VİDEO

14036

İtaliya çempionatının 24-cü turunda “Yuventus” öz meydanında “Latsio”ya qalib gəlib.

Bizim.Media xəbər verir ki, oyunda ilk qolu 14-cü dəqiqədə “Latsio”nun yarımmüdafiəçisi Xoakin Korrea vurub.

Lakin irəliləyən dəqiqələrdə “Yuventus” klubunun futbolçuları cəhdlərini artırıb. Belə ki, 39-cu dəqiqədə Adrien Rabyo fərqi azaldıb.

İspaniyalı hücumçu Alvaro Morata isə 57 və 60-cı dəqiqələrdə fərqlənməyi bacarıb.

Bununla da “Yuventus” xalını 52-yə çatdıraraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Latsio” isə 43 xalla yeddinci pillədədir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO