Ermənistan azərbaycanlı əsirlərlə görüşə icazə vermir - VİDEO 

Ermənistan azərbaycanlı əsirlərlə görüşə icazə vermir - VİDEO 

Hazırda oxunan: Ermənistan azərbaycanlı əsirlərlə görüşə icazə vermir - VİDEO 

140342

“Ermənistan azərbaycanlı əsirlərlə görüşə icazə vermir”. 

Bizim.Media xəbər verir ki, bu barədə aprel ayında dumanlı hava şəraitində yolu azaraq Ermənistana keçmiş və orada saxlanılmış əsgərlərimizin valideynlərinə Beynəlxalq Qızıl Xaç Komitəsindən məlumat verilib. 

Əsirlikdə saxlanılan Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyir ki, Komitə onlara övladları ilə bağlı yeni bir məlumat vermir. 

Əsirlikdə olan Hüseyn Axundovun anası Şəlalə Axundova da övladından xəbər ala bilmədiyini deyir. 

Hərbçilərimiz barədə ətraflı məlumat almaq üçün BQXK-ya müraciət etdik. Komitədən sadəcə bildirildi ki, Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri ilə mütəmadi olaraq əlaqə saxlanılır. Digər suallarımız isə cavablandırılmadı. 

Qeyd edək ki, Azərbaycanla Ermənistan nümayəndələri arasında olan razılığa əsasən yolu azaraq qarşı tərəfə keçən şəxs maksimum iki günə qaytarılmalıdır. Lakin Ermənistan tərəfi bu razılaşmaya əməl etmir. 
Daha ətraflı videomaterialda: 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO