Ronaldo və Corcina əkizlərinə doğum günü keçirdilər - FOTO

Ronaldo və Corcina əkizlərinə doğum günü keçirdilər - FOTO

Hazırda oxunan: Ronaldo və Corcina əkizlərinə doğum günü keçirdilər - FOTO

140226

Ötən gün dünya şöhrətli ulduz futbolçi  Kriştiano Ronaldonun və Corcina Rodrigesin oğlu Mateo və qızı Evanın altı yaşı tamam olub. 

Bizim.Media xəbər verir ki, ulduz cütlük uşaqları üçün iki fərqli tort sifariş edib. 

Şirniyyat Eva üçün kiçik su pərisi mövzusunda, Mateo üçün isə futbol topları ilə bəzədilib. 

Övladlarının doğum günündə ailə bir araya gələrək birlikdə xatirə fotolarda çəkdiriblər. 

Diqqət çəkən məqam isə bir yaşlı Bella Esmeraldanın pərdə arxasında qalması olub. Valideynlərinin ona qarşı xüsusi münasibəti var. 

Qeyd edək ki, ötən il noyabrın əvvəlində Kriştiano jurnalistlərə ilk dəfə olaraq yeni doğulmuş övladının ölümünü ailəsinə necə dediyini açıqlayıb. 

Həmin müsahibədə futbolçu “Mançester Yunayted” rəhbərliyini faciə zamanı diqqətsizlikdə günahlandırıb, bundan sonra klub onun çoxmilyonluq müqaviləsinə xitam verib. 

Corcina və Kriştianonun üç böyük övladı var - əkizləri Eva və Mateo və oğlu kiçik Kriştiano.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO