Ərdoğan Azərbaycan daxil olmaqla, andiçmə mərasimində iştirak edən ölkələrə minnətdarlıq edib

Ərdoğan Azərbaycan daxil olmaqla, andiçmə mərasimində iştirak edən ölkələrə minnətdarlıq edib

Hazırda oxunan: Ərdoğan Azərbaycan daxil olmaqla, andiçmə mərasimində iştirak edən ölkələrə minnətdarlıq edib

140125

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərindən sonra formalaşan Nazirlər Kabinetinin ilk iclasından sonra televiziya ilə xalqa müraciət edib. 

Bizim.Media xəbər verir ki, Ərdoğan iyunun 3-də Ankarada səlahiyyətlərinin icrasına başlaması mərasiminə qatılan ölkələrə minnətdarlığını bildirib. 

“Ölkəm və millətim adından Türkiyənin əsl dostlarına təşəkkürümüzü bildirirəm. 5 mindən çox qonağın iştirakı ilə andiçmə mərasimimizi keçirdik.

Mərasimdə iştirak edən bütün dövlət və hökumət başçılarına, xüsusən də həmvətənlərimə təşəkkür etmək istəyirəm. Ölkəm və millətim adından Türkiyənin əsl dostlarına minnətdarlığımızı bildirirəm. Bildirmək istərdim ki, minlərlə kilometr uzaqdan gələrək göstərdikləri lütfkarlığı heç vaxt unutmayacağam", - deyə Ərdoğan qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO