Paşinyan Aİ rəsmisi ilə Azərbaycanla münasibətlərin normallaşmasından DANIŞDI

Paşinyan Aİ rəsmisi ilə Azərbaycanla münasibətlərin normallaşmasından DANIŞDI

Hazırda oxunan: Paşinyan Aİ rəsmisi ilə Azərbaycanla münasibətlərin normallaşmasından DANIŞDI

140057

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan şəhərində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.

Həmsöhbətlər Brüssel və Kişinyovda keçirilən üçtərəfli və beştərəfli görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. 

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi, həmçinin Qarabağda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizliyi də müzakirə predmeti olub.

Paşinyan Ermənistan tərəfinin mövcud məsələlərin həllinə yanaşmalarını təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO