Azərbaycanda vəzifəli şəxslər təbiətə ziyan vurub - Cinayət işi başlandı

Azərbaycanda vəzifəli şəxslər təbiətə ziyan vurub - Cinayət işi başlandı

Hazırda oxunan: Azərbaycanda vəzifəli şəxslər təbiətə ziyan vurub - Cinayət işi başlandı

140052

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İmişli rayonu ərazisində qanunsuz qum-çınqıl hasilatı və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Araşdırmalar zamanı İmişli rayonunun Qaradonlu, Xubyarlı və Qaralar kəndi yaxınlığında “İmişli” qum-çınqıl yatağında “SND Group” MMC-nin vəzifəli şəxsləri, habelə fərdi sahibkarlar tərəfindən torpaq sahələrinin zəbt edilərək qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə ümumilikdə 158 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. 
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO