Bakıda və Abşeron yarımadasında külək güclənib - Faktiki HAVA

Bakıda və Abşeron yarımadasında külək güclənib - Faktiki HAVA

Hazırda oxunan: Bakıda və Abşeron yarımadasında külək güclənib - Faktiki HAVA

139942

Faktiki hava açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 6-sı saat 09:00-a olan məlumatına əsasən respublikanın bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, düşən yağıntının miqdarı Qusarda 16, Qaxda 15, Balakəndə 6, Zaqatala, Göygöl, Daşkəsən, Şəmkir, Şəki, Quba, Şahdağ, Yardımlıda 5 mm-dək olub.
“Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

İyunun 5-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 36, dağlıq rayonlarda 26, yüksək dağlıq ərazilərdə 15, Aran rayonlarında 34 dərəcəyədək isti olub”.

G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 9-u səhərədək davam edəcək.

“Ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bir sıra dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO