Türkiyənin 500 nəfərlik komando taboru Kosovoya gəlib

Türkiyənin 500 nəfərlik komando taboru Kosovoya gəlib

Hazırda oxunan: Türkiyənin 500 nəfərlik komando taboru Kosovoya gəlib

139879

İyunun 5-də Türkiyənin 500 nəfərdən ibarət komando taboru NATO-nun regiondakı kontingenti üçün ilk əlavə qüvvə kimi Kosovoya gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının bəyanatında deyilir. 

Məlumata görə, Türkiyənin 65-ci piyada briqadasının 500 hərbçisi NATO-nun dəstək qüvvəsinin əsasını təşkil edəcək. Onlar Kosovodakı “Sultan Murad” kazarmasında dislokasiya olunacaq.

Alyansın digər əlavə qüvvələri də yüksək hazırlıq səviyyəsinə gətirilib və lazım olacağı təqdirdə Kosovoya göndəriləcək. 

Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR) ilə kosovolu serblər arasında baş verən, 50 serbin və 30 hərbçinin xəsarət alması ilə nəticələnən toqquşmalar NATO-nun sülhməramlı qüvvələrinə qarşı səbəbsiz və qəbuledilməz zorakılıq adlandırılıb. 

Şimali Atlantika alyansının mətbuat xidməti, həmçinin Belqradla Priştinanı təmkinə və dialoqa çağıran alyansın Baş katibi Yens Stoltenberqin bəyanatından sitat gətirib: “NATO Kosovoda sabitliyin qorunmasına məsuliyyət daşıyır. Buna görə biz artıq illərdir ki, buradayıq və hazırda regionda mövcudluğumuzu gücləndiririk”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO