“Kəpəz”ə yeni sponsor tapılıb? – İdarə heyətinin üzvlərindən İDDİALARA CAVAB 

“Kəpəz”ə yeni sponsor tapılıb? – İdarə heyətinin üzvlərindən İDDİALARA CAVAB 

Hazırda oxunan: “Kəpəz”ə yeni sponsor tapılıb? – İdarə heyətinin üzvlərindən İDDİALARA CAVAB 

139848

"Kəpəz" futbol klubuna yeni sponsor tapıldığı və rəhbərliyində guya ki, dəyişiklik olacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə hər hansı söhbət olmayıb" . 

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Kəpəz FK-nun İdarə Heyətinin üzvü, iş adamı Zəfər Məmmədov verib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Kəpəz”in kapitanı da komandadan AYRILDI 


Onun sözlərinə görə, Kəpəzə sponsor tapılması və bunun nəticəsində də klubun idarə heyətinin sədri İlqar Nadirinin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yayılan xəbərlərdən məlumatsızdır: 

"Mən İlqar Nadiri ilə dandım. O işinin başındadır. Yaxın günlərdə biz klubun idarə heyyətinin iclasını keçirəcəyik. Burada komandanın gələcək taleyi, məşqçilər korpusunun 1 illik fəaliyyəti və komandanın ümumi vəziyyəti, gələcək planlar müzakirə olunacaq", - deyə Z.Məmmədov əlavə edib.

Bu məsələ ilə bağlı klubun idarə heyətinin digər üzvü, millət vəkili Müşfiq Cəfərov da fikirlərini bölüşüb:

"Kəpəzə yeni sponsor tapılarsa, biz buna ancaq sevinərik. Əsas məqsədimiz Gəncənin futbol ənənələrini özünə qaytarmaqdır. Klubun əvvəlki imicini özünə qaytarmaq üçün komandaya güclü sponsorun olması vacibdir. Amma klubun idarə heyətinin sədri İlqar Nadirinin vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı xəbərlərdən məlumatsızam”.

Məlumat üçün bildirək ki, bu günlərdə sosial şəbəkələrdə Gəncənin Kəpəz futbol klubuna yeni sponsor tapıldığı və bundan sonra rəhbərlikdə dəyişiklik olacağı ilə bağlı məlumatlar paylaşılırdı.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO