“Yüzlərlə müəllimdən 70 manat alıb, 8 aydır fırladırlar” – Ekspert İnstitutu İFŞA ETDİ - FOTO

“Yüzlərlə müəllimdən 70 manat alıb, 8 aydır fırladırlar” – Ekspert İnstitutu İFŞA ETDİ - FOTO

Hazırda oxunan: “Yüzlərlə müəllimdən 70 manat alıb, 8 aydır fırladırlar” – Ekspert İnstitutu İFŞA ETDİ - FOTO

13977

''Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) nə qədər təhsildən xəbərsiz olan adam var, yığılıb təlim keçirlər. Təlim xətrinə təlim... Amma təlim aparanın keçdiyi təlimdən xəbəri yoxdur.

Ancaq işləri şəkil çəkdirməkdir. Arada da bizim ödədiyimiz vergi ilə gedib xarici ölkələrdə 5-6 gün dincəlib gəlirlər, adları da olur xaricdə təlim alıb gəliblər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında təhsil ekspert Kamran Əsədov deyib.

Onun iddiasına görə orta məktəbdə Həyat bilgisi fənnini tədris etmək üçün TİPİİ 2020-ci ilin avqust ayında 100-lərlə müəllimdən 70 manat alıb və 7-8 gün onlayn təlim keçib:

“Sonra da həmin iştirakçıları imtahan edib sertifikat verməli idi. Amma pulu alıb yoxa çıxıblar. Nə telefonlarına zəng çatır, nə də ünvanlarına məktub...Pandemiyanı, karantini bəhanə edib camaatı 8 aydır fırladırlar.

Bu TİPİİ-nin bəzi təlimçiləri təlimdə nə etdiklərini bilmirəm, amma yaxşı trolluq etdiklərini bilirəm. Nəsə yazan kimi dədə, babalarının adı ilə yaratdıqları fake profillərlə hücuma keçirlər.

Yekə adamlarsınız, təhsilə təsadüfən şəkil çəkib gəlməyiniz az deyil, indi də camaatdan pul alıb yoxa çıxırsınız.

Əvəzində də bütün şikayətçilər bizə üz tutur. İşləyə bilmirsiz, gedin fotoaparatınızı götürün fotoqraflıq edin də, niyə sizə görə vaxtımızı itirməliyik?”, deyə ekspert şikayətlənib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun bazasında yaradılıb və onun hüquqi varisidir.

İnstitutun əsas məqsədi təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etməkdən ibarətdir.

Alçina Amilqızı, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO