Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsindən tam şəkildə fəaliyyətinin daha bir görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, görüntülərdə ermənilərin qadın və uşaqlar da daxil olmaqla, sərhəddən rahat keçidi əks olunub.
Qeyd edək ki, aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri Laçın yolunun başlanğıcında, Ermənistanla sərhəddə yerləşən Həkəri çayının üzərindəki körpüdə sərhəd nəzarət-buraxılış məntəqəsi qurub.
Bizim.Media