Bloomberg: Dünya dollardan imtina etməyə çalışır

Bloomberg: Dünya dollardan imtina etməyə çalışır

Hazırda oxunan: Bloomberg: Dünya dollardan imtina etməyə çalışır

139532

Bütün dünyada ABŞ dollarının hegemonluğuna qarşı kəskin reaksiyalar baş qaldırır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat verən “Bloomberg” agentliyi dolların “silahlaşdırıldığını” qeyd edib. 

Bu yaxınlarda Braziliya və Çin öz ticarətlərini yerli valyutaları ilə həll etmək üçün müqavilə bağladılar. Onlar artıq ticarət proseslərində dollardan yan keçməyə çalışırlar.  

Aprel ayında isə Hindistan və Malayziya transsərhəd ticarətində rupinin istifadəsini artırmaq üçün saziş imzaladılar. Hətta ABŞ-ın daimi müttəfiqi olan Fransa da əməliyyatları yuanla tamamlamağa başlayıb. 

“Bloomberg”in hesabatına görə, “silaha çevrilmiş” dollara qarşı reaksiya bütün dünyada artmaqdadır. 

Bəzi qlobal liderlər üçün bu tədbirlərin görülməsinin səbəbləri heyrətamiz dərəcədə oxşardır. Onlar da dolların silahlaşdırıldığını söyləyirlər. Çünki, dollardan Amerikanın xarici siyasət prioritetlərini həyata keçirmək və qarşı çıxanları cəzalandırmaq üçün istifadə olunub. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO