ABŞ dövlət katibindən mühüm AÇIQLAMA:

ABŞ dövlət katibindən mühüm AÇIQLAMA: "Biz Rusiya ilə düşmən deyilik"

Hazırda oxunan: ABŞ dövlət katibindən mühüm AÇIQLAMA: "Biz Rusiya ilə düşmən deyilik"

139388

"ABŞ rusların düşməni deyil və heç vaxt Rusiyada hökuməti devirməyə çalışmayıb. Vaşinqton 2021-ci ildən "Rusiyanı sakitləşdirmək" üçün hər cür səy göstərir". 

Bizim.Media "kommersant.ru"ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Entoni Blinken Helsinki meriyasında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar 2021-ci ildən detensiyaya hazır olduğunu nümayiş etdirib və eskalasiyanın qarşısını almağa çalışıb:

"Biz iki yol təklif etdik ki, bunlardan biri diplomatiya, digəri isə təcavüzdür. Sonuncu halda isə üç şeyə söz verdik: Ukraynanı dəstəkləmək, Rusiya üçün maksimum xərclər yaratmaq və NATO-nu gücləndirmək”.

E.Blinken çıxışı zamanı Rusiya vətəndaşlarına da müraciət etməyi unutmayıb: 

“ABŞ sizin düşməniniz deyil. "Soyuq müharibə" dinc yolla başa çatdıqdan sonra ümid edirdik ki, Rusiya Federasiyasının parlaq gələcəyi var. Rusiya azaddır və bütün ölkələrlə inteqrasiyaya açıqdır. 30 ildən artıqdır ki, biz Moskva ilə sabit münasibətlər üzərində işləyirik, çünki azad və firavan Rusiyanın bütün dünyanın maraqlarına uyğun olduğuna inanırdıq”.

Dövlət katibi qeyd edib ki, Vaşinqtonun heç vaxt Rusiya hökumətini devirmək planları olmadığı üçün ruslar gələcəklərinin necə olacağına qərar verməlidirlər:

“ABŞ Rusiyanı məhv etmək və ya indiki rejimi devirmək niyyətində deyil. Çünki, firavan Rusiya Amerikanın maraqlarına  daxildir”.
Xatırladaq ki, ABŞ hakimiyyəti dəfələrlə Rusiya ilə hərbi münaqişəyə girməyəcəyini vurğulayıb. Mayın 18-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin “The Washington Post” qəzetinə müsahibəsində, Rusiya-Ukrayna münaqişəsinin heç vaxt Vaşinqtonun Rusiya ilə döyüşməsi üçün səbəb olmadığını və bundan sonra da olmayacağını bəyan edib.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO