Azərbaycan Yelkən Federasiyasının heyəti “İdman səhər” PROQRAMINDA - FOTO

Azərbaycan Yelkən Federasiyasının heyəti “İdman səhər” PROQRAMINDA - FOTO

Hazırda oxunan: Azərbaycan Yelkən Federasiyasının heyəti “İdman səhər” PROQRAMINDA - FOTO

139377

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Baku Sailing Regatta-2023” yarışı keçirilib.

Bizim.Media xəbər verir ki, bu münasibətlə iyunun 2-də Azərbaycan Yelkən Federasiyasının məşqçiləri və yelkənçisi İdman Azərbaycan kanalının “İdman səhər” verilişində qonaq olublar. 

Məşqçilər Seyhun Yıldız, Yasin Çakır, idmançı Ayla Babayeva “Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında təşkil olunan reqatadan ətraflı danışıb, həmçinin tamaşaçılara maarifləndirici faydalı məlumatlar verilib.
Qeyd edək ki, İdman tv-nin “İdman səhər” proqramı həftə içi hər gün saat 09:00-10:30-dək canlı yayımlanır. Verilişdə günün aktuallıq kəsb edən məsələləri, idman hadisələri təqdim və müzakirə olunur. Ən son idman yeniliklərindən bəhs edilir, yarışlar barədə məlumatlar çatdırılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO