"Azərbaycan Polşa üçün Cənubi Qafqazda çox mühüm tərəfdaşdır" - Andjey Duda 

Hazırda oxunan: "Azərbaycan Polşa üçün Cənubi Qafqazda çox mühüm tərəfdaşdır" - Andjey Duda 

139366

"Polşa Respublikası ilə Azərbaycan Respublikasının dinamik inkişaf edən ikitərəfli əlaqələri ölkələrimiz arasında hörmətin, rəğbətin, əməkdaşlığa verilən əhəmiyyətin ən yaxşı ifadəsidir". 

Bizim.Media xəbər verir ki, bu barədə Polşa Respublikasının Prezidenti Andjey Dudanın Prezident İlham Əliyevə təbrik məktubunda qeyd olunub. 

“Azərbaycan Polşa üçün Cənubi Qafqaz regionunda çox mühüm tərəfdaşdır və biz Azərbaycanla bir çox sahələrdə - iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində və ölkələrimizin yüksək iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıyıq”, - məktubda vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO