“Sumqayıt” “Qəbələ”nin hücumçusunu transfer etmək istəyir

“Sumqayıt” “Qəbələ”nin hücumçusunu transfer etmək istəyir

Hazırda oxunan: “Sumqayıt” “Qəbələ”nin hücumçusunu transfer etmək istəyir

139308

“Qəbələ”nin forvardı Ülvi İsgəndərovu heyətinə qatmaq istəyən klubların sayı artır.  

Bizim.Media xəbər verir ki, “Sumqayıt” da hücumçuya maraq göstərir.  

Samir Abasovun komandası ölkə kubokunun final görüşündən sonra İsgəndərovu heyətinə qatmaq üçün onunla danışıq aparmağa hazırlaşır.

Futbolçu böyük ehtimalla "Qəbələ"də qalmayacaq.

Onun yeni mövsümə hansı komandada başlayacağı isə hələ ki, dəqiq deyil. "Neftçi"yə qarşı keçiriləcək ölkə kubokunun final görüşündən sonra 25 yaşlı hücumçu yekun qərarını verəcək.  
Qeyd edək ki, "Qəbələ" yetirməsi olan Ülvi 2019-cu ildə "Sumqayıt"dan ayrılaraq "qırmızı-qaralar"la anlaşmışdı. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO