Azərbaycanda orta aylıq əməkhaqqı 65 faiz artıb.
Bizim.Media xəbər verir ki, bunu 2018-2023 "Sosial islahatlar və əldə olunan nailiyyətlər" mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amili, vətəndaş rifahının təminatı dayanır.
"Dövlət başçısının tapşırıqları əsasında son beş ildə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq əməkhaqqında 65 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,5 dəfə artım baş verib, 10-dan çox yeni sosial ödəniş növü təsis olunaraq və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib.
Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb", - nazir müavini deyib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:57 / 02.06.2023
Orta aylıq əməkhaqqı ARTIB
Hazırda oxunan: Orta aylıq əməkhaqqı ARTIB
Hazırda oxunan: Orta aylıq əməkhaqqı ARTIB
139298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.