Ağamirzə həmkarlarını biabır etdi: “Ağakərimin xəstə olmasına sevinən meyxanaçılar var” – VİDEO 

Ağamirzə həmkarlarını biabır etdi: “Ağakərimin xəstə olmasına sevinən meyxanaçılar var” – VİDEO 

Hazırda oxunan: Ağamirzə həmkarlarını biabır etdi: “Ağakərimin xəstə olmasına sevinən meyxanaçılar var” – VİDEO 

139260

“Zəng vurub deyirlər ki, filan meyxanaçının məclisimizdə iştirak etməsini istəyirik. Amma o filankəs dediklərinə zəng edirəm telefonuma cavab vermirlər. Verdikləri nömrələrə də zəng edirsən, lakin zəng çatmır. Nə ona zəng, nə də buna mesaj çatır. Yalandan mənə niyə verirsən nömrəni”.

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov “Şou xəbər” verilişinə müsahibəsində deyib.

Həmkarlarından incidiyini açıb ağardan söz xiridarı bildirib ki, onlara zəng etsə də, nə telefonuna, nə də ki, mesajlarına cavab veririlər:

“Onlar məni görəndə heçnə olmamış kimi qucaqlayıb salamlaşırlar. Çalışıb, cəhd edib özümü bir təhər tuturam. Həyatım boyu onlara birdaha zəng vurmayacağam. Elə meyxanaçılardan incimişəm ki,… Sadə xasiyyəti olan meyxanaçıların “qadasını” alım. Onların qədrini bilin. Sizin telefonunuza cavab verməyənlərin nömrəsini heç telefonunuzda saxlamayın. Elə meyxanaçı var ki, onun nömrəsini telefonumdan silmişəm. Deyirlər ki, filankəs filan meyxana deyəndir, belə tanınmışdır… Mənim üçün isə dəxli yoxdur…”

Ağamirzə üzünü ağ olan həmkarlarının adını çəkməsə də, onların paxırlarını gün üzünə çıxarıb, biabır edib:

“Meyxanaçı Kərimin (hazırda yataq xəstəsi olan Ağakərim Novruzov -red.) yanına gedənlər, onun heç bir dəfə belə halını soruşmayıblar. Onlar yolda məni görüb deyirlər ki, 5-6 günə gedib Kərimə baş çəkəcəm. Mənə də yox da…
Elə meyxanaçı var ki, 5-6 il ərzində bir dəfə Ağakərimə baş çəkib. Elələri var, heç gəlməyib, elələri də var ki, Ağakərimin bu vəziyyətinə sevinib. Adlarını çəksəm şok olarsınız. Məni görəndə bəzi meyxanaçılar var, deyirlər ki, qulluğunda 24 saat durmağa hazırıq. Gecənin yarısı 3-4-də zəng vur. Amma bunların hamısı yalandır. İstəyirəm adlarını çəkim, amma özümü saxlayıram. Qanım qaralır”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO