ABŞ Prezidenti Co Bayden yenidən gözlənilməz olayla gündəmə gəlib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, çıxış etmək üçün tribunaya qalxarkən yıxılıb.
Belə ki, hadisə Hərbi Hava Qüvvələrinin Akademiyasının məzuniyyət günündə baş verib. Daha sonra Bayden cangüdənləri tərəfindən qaldırılıb.
Qeyd edək ki, bu, ABŞ liderinin ilk yıxılması deyil. 80 yaşlı lider bu kimi hallarla bir neçə dəfə qarşılaşıb.
Bizim.Media