Bir sıra rayonlara leysan yağış yağıb, dolu düşüb – FAKTİKİ HAVA   

Bir sıra rayonlara leysan yağış yağıb, dolu düşüb – FAKTİKİ HAVA   

Hazırda oxunan: Bir sıra rayonlara leysan yağış yağıb, dolu düşüb – FAKTİKİ HAVA   

139209

İyunun 1-i saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Göygöl, Gədəbəy, Gəncə, İsmayıllı, Xınalıq, Qusar, Qəbələ, Oğuz, Şəki, Quba, Xaltan, Qrız, Şahdağ, Neftçala, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Oğuz rayonunun Filfilli kəndinə saat 19:30-19:50 radələrində, Qəbələ rayonunun Bulud kəndinə isə saat 19:30-20:20 radələrində diametri 25-30 mm olan dolu düşüb. 

Cənub-qərb küləyi arabir Ağdamda 20 m/s, Daşkəsən, İsmayıllıda 18 m/s-dək güclənib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO