"Bu gün İrəvan və Bakı arasında siyasi iradə təsdiqlənəcək" - Şarl Mişel 

Hazırda oxunan: "Bu gün İrəvan və Bakı arasında siyasi iradə təsdiqlənəcək" - Şarl Mişel 

139112

“Bu gün baş tutacaq görüş çox vacibdir. Bildiyiniz kimi, bir neçə həftə öncə Brüsseldə hər iki liderlə - Azərbaycan və Ermənistan liderləri ilə bizim görüşümüz olmuşdu”. 

Bizim.Media xəbər verir ki, bu barədə bu gün Kişinyovda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel jurnalistlərə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin SAMMİTİNDƏ - VİDEO


“Biz Brüsseldə bəzi addımlar atmışdıq. Mən ümid edirəm ki, biz bu gün Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması istiqamətində daha çox tərəqqi əldə etmək üçün siyasi iradəni təsdiqləyəcəyik”, - Şarl Mişel deyib. 

Qeyd edək ki, “Avropa siyasi birliyi”nin Moldovada keçirilən Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə beştərəfli görüş keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO