Çexiyalı nazir:

Çexiyalı nazir: "Azərbaycan Avropanın enerji strukturunda daha əhəmiyyətli rol oynayacaq"

Hazırda oxunan: Çexiyalı nazir: "Azərbaycan Avropanın enerji strukturunda daha əhəmiyyətli rol oynayacaq"

139061

Yaxın gələcəkdə Azərbaycan Avropanın enerji strukturunda daha əhəmiyyətli rol oynamağa başlayacaq. Azərbaycandan ixrac edilən təbii qaz bir sıra Avropa ölkəsinin tələbatını tamamilə ödəyir.

Bizim.Media xəbər verir ki, bu sözləri Çex Respublikasının enerji və sənaye naziri Jozef Sikela Bakı Enerji Forumunda çıxış edərkən deyib. 

O bildirib ki, Azərbaycan təbii qazla yanaşı, “yaşıl enerji” istehsalına da diqqət yetirir. Bu da onun enerji idxalını artırır. Azərbaycanın iqlim şəraiti günəş və küləkdən enerji almaq imkanı yaradır.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan artıq yeni texnologiyaları cəlb edərək alternativ enerji istehsalına başlayıb. Azərbaycanın neft və qaz istehsalı və ixracı ilə yanaşı, “yaşıl enerji” istehsalına və ixracına geniş yer verməsi, onun Avropanın enerji təhlükəsizliyinin təmin olmasında rolunu artıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO