Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib

Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib

Hazırda oxunan: Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib

139014

Sel səbəbindən Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonunda da bəzi fəsadlar törədib. 

Sel nəticəsində dağlardan qopan qaya parçaları və lil İsmayıllı-Lahıc avtomobil yolunu tamam bağlayıb. 

Bundan əlavə, rayonun elektrik və qaz təchizatına ziyan dəyib. Rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Fərdi evlərə, taxıl və bostan sahələrinə zərər dəyib. 
Hazırda Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən ərazidə fəsadların aradan qaldırılması üçün işlər görülür. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO