Artan NEFT GƏLİRLƏRİ – Büdcə ilə bağlı yeni dəyişikliklər nə dərəcədə risklidir?

Artan NEFT GƏLİRLƏRİ – Büdcə ilə bağlı yeni dəyişikliklər nə dərəcədə risklidir?

Hazırda oxunan: Artan NEFT GƏLİRLƏRİ – Büdcə ilə bağlı yeni dəyişikliklər nə dərəcədə risklidir?

138909

Maliyyə Nazirliyi yaydığı son hesabatda, Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 11 milyard 737,7 milyon manatı və yaxud 34,7 %-i Azərbaycan Dövlət Neft Fondundan transfertin payına düşəcəyini bəyan edib. 

Məlumata görə, bu, təsdiq olunmuş proqnozla müqayisədə 457,7 milyon manat və yaxud 4,05 % çoxdur.

Bu barədə fikirlərini Bizim.Media ilə bölüşən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban, bir ay əvvəl prezident İlham Əliyev cari ilin birinci rübünü şərh edərkən, büdcədə 1,7 milyard manat məbləğində profisitin yarandığı barədə verdiyi məlumatı xatırladıb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın BP şirkəti ilə reallaşdırdığı YENİ LAYİHƏLƏR


“Prezidentin bu sözləri göstərdi ki, büdcə gəlirləri xərclərini kifayət qədər üstələyir. Prezident İlham Əliyev həmin çıxışında gəlirlər və xərclər hissəsinin minimum 3 milyard manat artırılmasının proqnozlaşdırıldığını və bununla bağlı hökumətə göstəriş verdiyini açıqlayıb”.

Ekspert fikrincə, həm büdcədə neftin proqnoz qiymətinin, həm də gəlir və xərclərinin artırılmasının hazırda dünya iqtsadiyyatında yaranmış inflyasiya şəraitində heç bir mənası yoxdur. 

Onun sözlərinə görə, hazırda vəsaitlərin xəzinə formasına keçirtməyin, yəni pulun əldə saxlamağın ən yaxşı variantı, əlavə dəyər yaradacaq layihələrə investisiya kimi yatırmaq və gəlir əldə etməkdir.  

Buna görə də büdcənin gəlirlər və xərclər hissəsinə dəyişikliklər edildiyini söyləyən ekspert qeyd edib ki, digər tərəfdən də neftin qiymətinin yüksəldilməsi nəzərdə tutulub: 

“Bildiyimiz kimi, ötən ilin sonlarında 2023-cü ilin dövlət büdcəsi qəbul olunarkən neftin son qiyməti 50 dollar ətrafında müəyyən edilmişdi. Amma cari ilin bu beş ayının nəticələri göstərdi ki, Azərbaycan neftinin orta ixrac qiyməti 80 dollardan yüksək oldu. Bu da proqnoz göstəricilərindən 50 faiz çoxdur”. 

Bəs bu ilin II yarısında neftin qiymətləri aşağı düşə bilərmi? Əgər belə hal baş verərsə, bu, büdcə üçün əlavə risk yarada bilərmi?

Onun sözlərinə görə, istər OPEK-in, istərsə də beynəlxalq enerji agentliklərinin proqnozları göstərdi ki, ilin ikinci yarısında neftin qiymətləri aşağıya düşməyəcək, əksinə, yuxarıya doğru yüksələcək: 

“Qiymət artmasa və indiki səviyyədə qalsa, hətta 70 dollara qədər ucuzlaşsa belə, bu, büdcənin artırılmış qiymətinə də təsir etməyəcək. Üstəlik, neft qiymətlərində Azərbaycanın cari ildəki büdcə öhdəliklərinə də hər hansı bir risk yaratmayacaq. Bu baxımdan da Azərbaycan hökumətinin indiki şəraitdə atdığı addımlar ölkəmizin taleyi üçün məqbuldur”. 

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO