"Kibertəhlükəsizliyin təmin olunması prioritet məsələlərdəndir" – Elvin Balacanov  

Hazırda oxunan: "Kibertəhlükəsizliyin təmin olunması prioritet məsələlərdəndir" – Elvin Balacanov  

138879

"Sürətli informasiya axını sui-istifadə hallarının və kiberhücumların artmasına gətirib çıxarır. Ona görə də müasir dövrdə kibertəhlükəsizliyin təmin olunması Azərbaycanda prioritet məsələlərdən biridir". 

Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Balacanov Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda “2-ci Milli Kibertəhlükəsizlik Forumu”na start VERİLDİ - FOTO





O bildirib ki, Forumun əsas məqsədi ölkəmizin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verə biləcək tərəfdaşlarla birgə müzakirələrin təşkilidir. 

"Forumun ənənəvi xarakter alması və hər il keçirilməsi nəzərdə tutulub. Biz kibertəhlükəsizliyin təmin olunması və kibertəhdidlərlə mübarizə aparmaq məqsədilə hüquqi, təşkilati və və digər səylərimizi birləşdirməliyik", - deyə E.Balacanov qeyd edib. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO