Türkiyənin yeni hökumətində kimlər təmsil olunacaq?

Türkiyənin yeni hökumətində kimlər təmsil olunacaq?

Hazırda oxunan: Türkiyənin yeni hökumətində kimlər təmsil olunacaq?

138857

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan ölkənin vitse-prezidenti postunu tuta bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə çərşənbə günü "Hürriyyət" qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də and içdikdən sonra yeni hökuməti elan edəcək. Nazirlər Kabineti demək olar ki, tamamilə yenilənəcək, xarici işlər və müdafiə nazirləri - Mövlud Çavuşoğlu və Hulusi Akar öz postlarını saxlaya bilərlər. 

Türkiyə kəşfiyyatına rəhbərlik edən Fidan nazir postu ala və ya təhlükəsizlik məsələləri üzrə vitse-prezident vəzifəsini icra edə bilər. “Hürriyyət”də qeyd olunan bu məsələ uzun müddətdir ki, Ankarada müzakirə olunur.
Qəzetin yazdığına görə, Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın hökumətə daxil ola bilər, onun hansı vəzifə tutacağı deyilmir. Bundan əvvəl yerli mətbuat onun Xarici İşlər Nazirliyinə rəhbərlik edə biləcəyini yazmışdı.

"Hürriyət", həmçinin keçmiş baş nazirin müavini və maliyyə naziri Mehmet Şimşəyin Nazirlər Kabinetinə gözlənilən təyinatını da açıqlayıb. Ərdoğan onunla bir gün əvvəl görüşüb, lakin görüşdən sonra heç bir açıqlama verilməyib.
Ərdoğanın sədrliyi ilə mayın 31-də son iclasını keçirəcək Türkiyənin hazırkı hökumətinin demək olar ki, bütün nazirləri mayın 14-də keçirilən seçkilərin nəticələrinə görə parlamentə deputat seçiliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO