İsxak Hersoq və xanımı Şəhidlər xiyabanını ziyarət ediblər – FOTO 

İsxak Hersoq və xanımı Şəhidlər xiyabanını ziyarət ediblər – FOTO 

Hazırda oxunan: İsxak Hersoq və xanımı Şəhidlər xiyabanını ziyarət ediblər – FOTO 

138768

Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsrail Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İsrailin və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən İsrail Prezidentinə və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO