Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclər 2 milyard 260 milyon manat artırılıb.
Bizim.Media xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı məlumatında yer alıb.
Bildirilir ki, artımdan sonra bu xərc 5 milyard 260 milyon manat məbləğində olacaq.
Həmçinin qeyd edilib ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat ayırılıb.
Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 milyard 70 milyon manat təşkil edəcək.
Bizim.Media
![Qarabağ və Şərqi Zəngəzurla bağlı VACİB QƏRAR Qarabağ və Şərqi Zəngəzurla bağlı VACİB QƏRAR](https://bizim.media/file/articles/2023/05/30/1685443512_1677157713_224973_4x0ree4a1u.jpg)
- A-
- A
- A+
Cəmiyyət
14:45 / 30.05.2023
Qarabağ və Şərqi Zəngəzurla bağlı VACİB QƏRAR
Hazırda oxunan: Qarabağ və Şərqi Zəngəzurla bağlı VACİB QƏRAR
Hazırda oxunan: Qarabağ və Şərqi Zəngəzurla bağlı VACİB QƏRAR
138730
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.