Zaqatalada barama tədarükünə başlandı - FOTO

Zaqatalada barama tədarükünə başlandı - FOTO

Hazırda oxunan: Zaqatalada barama tədarükünə başlandı - FOTO

138657

Mövsümün ilk günündə barama qəbulu və qurutma məntəqəsinə 351 kiloqram yaş barama təhvil verilib.

Bu barədə Bizim.Media-ya Rayon İcra Hakimiyyəti yanında qərargahdan məlumat verilib. 

Bildirilib ki, bu il barama yetişdirilməsi üçün 200-dən çox kümçü-fermerlə müqavilə bağlanılıb.

Bununla əlaqədar kümçülərə 760 qutu, yəni 14 kiloqram 440 qram ipəkqurdu paylanılıb.

Qeyd edək ki, zaqatalalı kümçülər bu il 31 ton yaş barama istehsal etməyi qarşıya məqsəd qoyublar.  

Hazırda baramanın bir kiloqramını fermerlər 11 manata satır. 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO