“Qarabağ” mövsümün son oyununda qələbə qazandı

“Qarabağ” mövsümün son oyununda qələbə qazandı

Hazırda oxunan: “Qarabağ” mövsümün son oyununda qələbə qazandı

138473

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

Bizim.Media xəbər verir ki, turun sonuncu matçında çempion “Qarabağ” “Turan Tovuz”u qəbul edib.

“Azersun Arena”dakı qarşılaşma “köhlən atlar”ın 3:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində 2-ci dəqiqədə Redon Cica, 47-ci dəqiqədə Leandro Andrade, 72-ci dəqiqədə isə Musa Qurbanlı fərqləniblər. Tovuz təmsilçisinin yeganə qoluna 61-ci dəqiqədə Runi Eva imza atıb.

Ağdam təmsilçisi mövsümü 90 xalla başa vurub. Tovuz klubu isə 39 xalla 6-cı yeri tutub.

Qarşılaşmadan sonra Premyer Liqanın medalçıları üçün mükafatlandırma mərasimi təşkil ediləcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” səfərdə “Sumqayıt”ı üç cavabsız qolla üstələyib. “Qəbələ” “Kəpəz”lə heç-heç edib - 1:1. “Səbail” “Şamaxı”nı, “Neftçi” “Sabah”ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Bombardirlər: Ramil Şeydayev (“Qarabağ”) - 22 qol, Musa Qurbanlı (“Qarabağ”) - 21 qol, Coy Lens Mikels (“Sabah”), Emin Mahmudov (“Neftçi”) – hər ikisi 17 qol.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO