Əbu-Dabi və Dubayın göydələnləri Azərbaycan bayrağına büründü - FOTO

Əbu-Dabi və Dubayın göydələnləri Azərbaycan bayrağına büründü - FOTO

Hazırda oxunan: Əbu-Dabi və Dubayın göydələnləri Azərbaycan bayrağına büründü - FOTO

138470

Dünyanın ən hündür tikilisi olan Dubaydakı “Bürc-Xəlifə” qülləsi və Əbu-Dabi Milli Neft Korporasiyasının (ADNOC) göydələn inzibati binası 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rənglərinə bürünüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycanın Dubaydakı baş konsulluğu yayıb.

Mənbə yazır ki, bayrağımızın bu məşhur qüllənin və ADNOC-un inzibati binasının üzərində əks olunması ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı Baş Konsulluğunun təşəbbüsü ilə reallaşıb.
Qeyd edək ki, BƏƏ-nin paytaxtı Əbu-Dabidə və Dubay şəhərində Müstəqillik Günü münasibətilə rəsmi qəbul və silsilə tədbirlər təşkil olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO