Rusiyalı qolkiper Azərbaycana gələsi olmadı

Rusiyalı qolkiper Azərbaycana gələsi olmadı

Hazırda oxunan: Rusiyalı qolkiper Azərbaycana gələsi olmadı

138259

Rusiyanın “Ximki” klubunun qapıçısı Vitali Qudiyevin ölkəmizə gəlişi baş tutmayıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan klublarının biri ilə danışıq aparan qolkiper ölkəmizdə oynamaq istəməyib. 

Hazırda o, Rusiya klublarından təklif gözləyir. 

Qeyd edək ki, “Ximki” mövsümün nəticələrinə görə Rusiya Premyer Liqasını tərk edib və növbəti mövsümdən aşağı dəstədə mübarizə aparacaq. Vitali Qudiyev vaxtilə milli komandamızın şərəfini qoruyan Kazimir Qudiyevin oğludur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO