Kürdəmirdə QƏZA: Ər və arvadı xəsarət alıblar

Kürdəmirdə QƏZA: Ər və arvadı xəsarət alıblar

Hazırda oxunan: Kürdəmirdə QƏZA: Ər və arvadı xəsarət alıblar

138209

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media-nın Aran  bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şöyüdlər kəndi  ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Mercedes” markalı minik maşını həmin yolda hərəkətdə olarkən yol kənarında dayanmış qoşqulu traktora çırpılıb.

Nəticədə minik maşınında olan iki nəfər,  Kürdəmir rayon Sovla kənd sakinləri 1960-cı il təvəllüdlü Əzizov Vidadi Əziz oğlu və onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Əzizova Aygün Əliheydər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. 

Fakt araşdırılır. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO