Kürdəmirdə ağır QƏZA – Yaralılar var

Kürdəmirdə ağır QƏZA – Yaralılar var

Hazırda oxunan: Kürdəmirdə ağır QƏZA – Yaralılar var

138102

Kürdəmir rayonunda avtomobil qəzası baş verib, xəsarət alanlar var.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Şilyan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomaşın həmin yolda hərəkətdə olarkən “Mercedes Vito” markalı avtomaşınla toqquşub.

Nəticədə minik maşınında olan iki sərnişin - Kürdəmir rayon Qarasu kənd sakinləri 1991-ci il təvəllüdlü Ömərov Fərman Qədim oğlu və onun anası 1955-ci il təvəllüdlü Ömərova Kafiya Mirələm qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO