Prezident Zəngəzurla bağlı sərsəmləyən Paşinyanı YERİNDƏ OTURTDU - VİDEO 

Prezident Zəngəzurla bağlı sərsəmləyən Paşinyanı YERİNDƏ OTURTDU - VİDEO 

Hazırda oxunan: Prezident Zəngəzurla bağlı sərsəmləyən Paşinyanı YERİNDƏ OTURTDU - VİDEO 

137996

Xəbər verdiyimiz kimi, mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib, Azərbaycan Prezidenti İlham Əliyev iclasda xüsusi qonaq qismində iştirak edib. 

Bizim.Media xəbər verir ki, iclasda iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan Paşinyan Rusiya Prezidenti Vladimir Putinin sözünü yarımçıq kəsərək Azərbaycanı Zəngəzur dəhlizi layihəsini həyata keçirməklə üçtərəfli razılaşmaları pozmaqda, hətta Ermənistana qarşı ərazi iddialarında ittiham edib. 

Ölkə başçısının Paşinyanın bu absurd fikirləri gecikməyib. 

Paşinyana diplomatiya dərsi verən İlham Əliyev qeyd edib ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur:

“Mənim sözlərimdə bu iddiaları görmək üçün çılğın fantaziya sahibi olmaq lazımdır. Dəhliz məsələsinə gəlincə, mən bu ifadədən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərindən danışarkən də istifadə edirəm.  

Dəhliz ifadəsi kiminsə ərazisinə iddia etmək anlamına gəlmir. Dəhliz ifadəsi beynəlxalq termindir. Beynəlxalq terminologiya ilə tanış olan şəxslər bu sözün mənasını Ermənistanın baş naziri Nikol Paşinyanın anladığı kimi qəbul etmirlər”. 

Ölkəmizin başçısı deyib:

“Biz heç bir yolu bağlamamışıq. Beynəlxalq hüquq normaları çərçivəsində öz sərhədimizdə nəzarət-buraxılış məntəqəsi yaratmışıq". 

Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO