Almaniya pandemiyadan sonra ilk dəfə tənəzzüllə ÜZLƏŞDİ

Almaniya pandemiyadan sonra ilk dəfə tənəzzüllə ÜZLƏŞDİ

Hazırda oxunan: Almaniya pandemiyadan sonra ilk dəfə tənəzzüllə ÜZLƏŞDİ

137947

Avropanın ən böyük iqtisadiyyatına malik olan Almaniyada ÜDM istehsalı 2023-cü ilin birinci rübündə 2022-ci ilin IV rübü ilə müqayisədə 0,3 faiz azalıb. Keçən ilin oktyabr-dekabr ayları ilə müqayisədə isə bu azlama 0,5 faiz olub. Ardıcıl iki rüb hasilatın azalması artıq texniki tənəzzül deməkdir.   

Bizim.Media “Bloomberg”ə istinadən xəbər verir  ki, bu barədə ölkənin Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.  

Destatis qeyd edib ki, Almaniyada cari ilin əvvəlində artan qiymətlər I rübdə 1,2 faiz ucuzlaşan ev təsərrüfatlarının xərclərinə də təsir edib. İnsanlar yemək və içkiyə, paltar və ayaqqabıya, mebelə əvvəlki rübdən daha az pul xərcləyiblər.
Bu ilin əvvəlində hibrid və elektromobillər üçün subsidiyaların qismən başa çatması səbəbindən daha az yeni avtomobil alınıb. 

“Bloomberg”in iqtisadçılarının fikrincə, Almaniyanın ÜDM-i ilə bağlı yenilənmiş məlumatlar göstərir ki, Avrozonada bu rəqəmin I rübdə də azalma ehtimalı var. Bildirirlər ki, bu, region iqtisadiyyatının durğunluğundan xəbər verir. 

“ING Bank” qrupunun iqtisadçısı Karsten Brzeski bildirib ki, alıcılıq qabiliyyətinin, sənaye sifariş kitabçasının azalması və onilliklərdəki ən aqressiv monetar sərtləşdirmənin təsiri zəif iqtisadi fəaliyyətə işarə edir.  

“Commerzbank” qrupunun ekspertləri isə Almaniyada 2023-cü ilin ikinci yarısında tənəzzülün əksər həmkarlarının gözlədiyi iqtisadi canlanmadan daha çox olduğunu proqnozlaşdırırlar. 

Qeyd edək ki, Almaniya hökuməti aprel ayında 2023-cü il üçün ÜDM proqnozunu yanvarda gözlənilən 0,2 faizdən 0,4 faizə qədər, yəni 2 dəfə artırdı.  

Almaniyanın iqtisadiyyat naziri Robert Habek vurğulayıb ki, gözlənilən səviyyə böhrandan əvvəlki illərlə müqayisədə qənaətbəxş deyil, lakin qışda qorxmalı olduğumuz durumla müqayisədə, bu, əsl irəliləyişdir.  
Nazirlər Kabineti isə 2024-cü ildə artımın 1,6 faizə qədər sürətlənəcəyini proqnozlaşdırır.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO