“Varisdən ipoteka ilə bağlı ödəniş tələb edilə bilməz” – Deputatdan AÇIQLAMA 

“Varisdən ipoteka ilə bağlı ödəniş tələb edilə bilməz” – Deputatdan AÇIQLAMA 

Hazırda oxunan: “Varisdən ipoteka ilə bağlı ödəniş tələb edilə bilməz” – Deputatdan AÇIQLAMA 

137729

“Həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz”. 

Bizim.Media xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinin şərhi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.  

Onun sözlərinə görə həyat sığortasının da əsas özəlliyi məhz borclanan dünyasını dəyişərsə qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir: 

“Sığortalanan dünyasını dəyişən zaman bu öhdəliklər də qarşılanır. Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa, o halda varisdən heç bir ödəniş tələb edilə bilməz. Borclanan həyat sığortası üzrə həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə, varisindən vəsait tələb olunmasın”. 

Vüqar Bayramov onu da əlavə edib ki, hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası əsas şərtərdəndir: 

“Bu baxımdan, nəinki İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditləri, hətta daxili kreditlər üzrə də sığorta varsa o zaman varisə heç bir öhdəlik buraxılmır. Qalan məbləğ sığorta şirkəti tərəfindən qarşılanır. Əslində, bu həm də ondan xəbər verir ki, həyat sığortasından istifadə varis üçün öhdəlik yaratmamaq deməkdir”. 

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin qərarına görə Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO