\

\"Jony\" Rusiyada ilin ən yaxşı müğənnisi SEÇİLDİ - FOTO/VİDEO

Hazırda oxunan: \"Jony\" Rusiyada ilin ən yaxşı müğənnisi SEÇİLDİ - FOTO/VİDEO

137662

Ötən gün Moskvada “Crocus City Hall”da RU.TV kanalının sayca 12-ci Rusiya musiqi sənayesini qorumaq və dəstəkləmək devizi altında Rusiya Musiqi Mükafatı gecəsi baş tutub. 

Bizim.Media xəbər verir ki, “İlin ən yaxşı kişi müğənnisi” nominasiyasının qalibi "Jony" ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli olub. 

Sənətçi mükafatlanma mərasimində səhnəyə çıxaraq “Никак” (Heç cürə) mahnısını ifa edib.  

O, hər zaman olduğu kimi mötəbər tədbirə ailəsi (valideynləri və qardaşı) ilə qatılıb. 

Azərbaycanlı müğənni sosial şəbəkə hesabında mükafatlanma gecəsindən sonra anası ilə avtomobildə çəkdiyi fotosunu paylaşaraq “Yoruğunuq, amma razıyıq” şərhini yazıb. 

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO