\

\"Real Madrid\"in futbolçusunun qırmızı vərəqəsi ləğv olundu

Hazırda oxunan: \"Real Madrid\"in futbolçusunun qırmızı vərəqəsi ləğv olundu

137642

İspaniya Kral Futbol Federasiyası (RFEF) "Real Madrid"in futbolçusu Vinisius Juniorun La Liqanın XXXV turunda “Valensiya” ilə oyunda aldığı qırmızı vərəqəni ləğv edib.

Bizim.Media RFEF-nin rəsmi saytına istinadən xəbər verir ki, uzun müzakirələrdən sonra qərar qəbul olunub.

Qarşılaşmanın baş hakiminin insident haqqında tam məlumata malik olmaması və matçın protokolunda epizodu düzgün qiymətləndirmədiyi səbəb kimi göstərilib.

Beləliklə, braziliyalı oyunçu bu gün "Rayo Valyekano" ilə görüşdə meydana çıxa bilər.

Qeyd edək ki, Vinisius Junior "Valensiya" ilə oyunda azarkeşlər tərəfindən irqçiliyə məruz qalıb.

Qarşılaşmanın sonlarında rəqib futbolçularla davada iştirak edən vinger birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO